Basketbol üzrə XI turun cədvəli açıqlanıb

Basketbol üzrə XI turun cədvəli açıqlanıb

Kişi basketbolçular arasında Azərbaycan çempionatında XI turun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, turun qarşılaşmaları fevralın 4-də keçiriləcək. Hövsan Olimpiya İdman Kompleksindəki ilk matçda NTD U16 və "Marşallar" üz-üzə gələcək. Oyun saat 12:00-da başlayacaq. Saat 13:30-da isə meydana "Dərviş"lə AzDNSU çıxacaq. Günün son matçında isə "80-lər"lə "Araz" qarşılaşacaq. Duel saat 15:00-da start götürəcək.

Qeyd edək ki, bu turda NTD istirahət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə