“Slaviya”nın bəyənmədiyi futbolçu I Divizionda

“Slaviya”nın bəyənmədiyi futbolçu I Divizionda

İkinci dövrənin hazırlığını doğma rayonda davam etdirən "Turan Tovuz" heyətini 4 futbolçu ilə gücləndirib. Apasport.az saytının məlumatına görə, Mirkamil Haşımlı, "Şərurspor"dan Rəşad Orucov, "Bakılı"dan Timur Dadaşov və Mehman Behbudov mövsümün qalan hissəsində I divizionun liderinin formasını geyinəcəklər.

Qeyd edək ki, vaxtilə Türkiyənin "Fənərbağça" klubunun və müxtəlif yaş qrupları üzrə milli komandalarımızın şərəfini qorumuş Mirkamil son olaraq "Zirə"də çıxış edib. O, yaxında Bolqarıstan "Slaviya"sında baxışda olsa da, bəyənilməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə