"Qalatasaray"ın futbolçusu Hamit Altıntop karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındı. Apasport.az saytının məlumatına görə, bu barədə iddia ilə Türkiyə mətbuatı çıxış edib. Bildirilib ki, milli komandanın keçmiş üzvü "Darmştadt"la anlaşacaq. 34 yaşlı futbolçunun bu gün tibbi müayinədən keçəcəyi, bundan dərhal sonra isə rəsmi müqavilə imzalayacağı gözlənilir. Qeyd edək ki, bir zamanlar "Real", "Bavariya" və "Şalke"də çıxış etmiş Altıntopun xidmətində Türkiyənin "Göztəpə" və "Rizəspor" klubları maraqlı idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB