“Neftçi”nin futbolçusunun sarı vərəqəsi ləğv olunub

“Neftçi”nin futbolçusunun sarı vərəqəsi ləğv olunub

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

28 yanvar 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XV turunun "Qəbələ" – "Sumqayıt" matçında "Sumqayıt" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur (maddə 40).

29 yanvar 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasının XV turunun "Qarabağ" – "Neftçi" matçı ilə bağlı İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

- Oyunun 20-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunur (maddə 52).

- Oyunun 67-ci dəqiqəsində "Neftçi" klubunun 17 №-li futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunur (maddə 19) .

- Oyun bitdikdən sonra müəyyən olunmuşdur ki, "Neftçi" klubunun azarkeşləri tərəfindən stadionun 9 (doqquz) oturacağı sındırılmış və yararsız vəziyyətə düşmüşdür. Dəymiş zərərə uyğun olaraq "Qarabağ" FK klubunun təqdim edəcəyi məbləğ "Neftçi" klubu tərəfindən ödənilsin.

27 yanvar 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun "İnter" – "Kəpəz" matçında "Kəpəz" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur (maddə 40).

28 yanvar 2017-ci il, 2016/2017 mövsümündə, XXV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XV turunun "Qarabağ" – "Neftçi" matçının 13-cü dəqiqəsində "Qarabağ" klubunun 33 №-li futbolçusu Eltun Turabov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Bütün xəbərlər Facebook səhifəmizdə