Şahmatçımız “Fajr Sabalan Cup”da liderlər qrupundadır

Şahmatçımız “Fajr Sabalan Cup”da liderlər qrupundadır

İranda şahmat üzrə "Fajr Sabalan Cup" beynəlxalq turniri davam edir. SİA-nın məlumatına görə, turnirdə ölkəmizi təmsil edən Azər Mirzəyev dördüncü turda iranlı idmançı Ehsan Qaem Məqami ilə qarşılaşıb. Görüş heç-heçə yekunlaşıb.

A.Mirzəyev və E.Məqami ilə yanaşı, hesabında 3,5 xal olan İspaniya təmsilçisi Oleq Korneyev turnir cədvəlində 1-3-cü pilləni bölüşürlər.

Bütün xəbərlər Facebook səhifəmizdə