“Zirə” fransız futbolçu transfer etdi

“Zirə” fransız futbolçu transfer etdi

"Zirə" daha bir futbolçu heyətinə cəlb edib. Klubun rəsmi saytının yaydığı xəbərə görə, fransalı hücumçu Ben Sanqare ilə ilyarımlıq müqavilə imzalanıb. "Nansi"nin yetirməsi olan Ben yeniyetmə yaşlarında Almaniyanın "Frayburq" klubunun ikinci komandasında da çıxış edib. Bundan sonra yenidən Fransaya dönən Seneqal əsilli 26 yaşlı hücumçu aşağı liqa klublarında oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə