Joze Mourinyo Çin klubunun təklifini niyə rədd etdiyini açıqladı

Joze Mourinyo Çin klubunun təklifini niyə rədd etdiyini açıqladı

Çin klubların biri "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyoya təklif göndərib. Britaniya mətbuatının yazdığına görə, ancaq portuqaliyalı mütəxəssis yüksək məbləğli təklifi müsbət cavablandırmayıb. Məlumatı J.Mourinyonun özü də təsdiqləyib. Həmin klubun adını açıqlamaq istəməyən təcrübəli baş məşqçi Çində işləmək üçün hələ tez olduğunu bildirib.

Qeyd edək ki, J.Mourinyo bu ilin yayından "MY"nı çalışdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə