“Neftçi” yeni futbolçu ilə müqavilə imzalayıb

“Neftçi” yeni futbolçu ilə müqavilə imzalayıb

Bakının "Neftçi" futbol klubu növbəti transferini gerçəkləşdirib. SİA-nın məlumatına görə, Argentinaəsilli fransız hücumçu Hüqo Barqas ilə bir il müddətinə müqavilə bağlanıb.

Otuz yaşlı futbolçu indiyədək Argentinanın "All Boyz", Hollandiyanın "De Qraafşap", "Zvolle", İspaniyanın "Ximnastik", Boliviyanın "Bluminq", "Oriente Petrolero", "Bolivar", İtaliyanın "Kremoneze" və Ekvadorun "Deportivo Kuenka" klublarında çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə