"Sumqayıt" növbəti transferini reallaşdırıb

"Sumqayıt" növbəti transferini reallaşdırıb

"Sumqayıt" mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb. SİA-nın məlumatlına görə, "kimyaçılar" "Qəbələ"nin futbolçusu Ehtiram Şahverdiyevlə 2,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan 20 yaşlı hücumçu Azərbaycanın U-21 millisinin də üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə