“Williams” “Manor”un işçilərini heyətinə qatacaq

“Williams” “Manor”un işçilərini heyətinə qatacaq

"Williams" komandası yeni investor tapa bilməyərək Formula 1-lə vidalaşan "Manor"un işçiləri ilə maraqlanır. SİA-nın məlumatına görə, "Manor"un fəaliyyətini dayandırmasından sonra komandanın heyəti və tanınmış mühəndislər işsiz qalıb. Heyətin bir çoxunun indidən "Renault" və "Toro Rosso"ya keçdiyi bildirilir. Ancaq "Williams" da "Manor"un 50 nəfər işçisini öz komandasına cəlb etmək niyyətindədir. Onların arasında öncələr "McLaren" və "Ferrari"də işləmiş Pat Fray da var.

Bildirilir ki, "Mercedes'dən ayrılıb "Williams"a keçmyə hazırlaşan Peddi Lav ingilis komandasında tanıdığı insanlarla işləmək istəyir. Lav "McLaren"də Pat Fray və Luka Furbatto ilə birlikdə çalışıb. Məhz onun istəyi ilə hər iki mütəxəssislə yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə