"Komanda olaraq qısa ötürmələrə üstünlük veririk. Səhvsiz olmaq isə mümkün deyil. Hamının başına gələ bilər". Apasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib. Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi" ilə qarşılaşan ağdamlılar matçdan 1:1 hesablı bərabərliklə ayırlıblar. Oyun başa çatandan sonra qısa açıqlama verən Sadıqov fikirlərini bölüşüb: "Futboldu da, ikinci dövrənin ilk oyunu idi. Belə görünür ki, gərgin mübarizə gözləyir bizi. Əsas yarış iki komanda arasında getməyəcək, bütün klublar sona qədər "vuruşacaqlar". Dünənki "Qəbələ" – "Sumqayıt" oyunu da bunu göstərdi. Reynaldonun gedişi o qədər təsir etməyib. Uşaqlar əllərindən gələni etdilər, yaxşı hücumlar qurduq. Meydanda gözlədiyim komandanı gördüm. Bilirdim ki, "Neftçi" yeni transferlər edib, güclənib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB