Bu gün Topaz Premyer Liqasında 42 günlük fasilə başa çatıb. Qol.az-ın məlumatına görə, ilk oyun günündə iki matç keçirilib.
Çempionluğa 2 namizəddən biri olan "Qəbələ" öz meydanında "Sumqayıt"ı sınağa çəkib. Roman Qriqorçukun komandası bu görüşdə gözlənilmədən xal itkisi ilə üzləşib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bununla belə, "Qəbələ" liderliyə yüksəlib. Günün ikinci matçı isə "İnter Arena"da keçirilib. Beynəlxalq Bankın sponsorluğundan məhrum olan "İnter" "Kəpəz"lə üz-üzə gəlib və 4:1 hesabı ilə qalib gəlib.
Topaz Premyer Liqası
XIX tur
28 yanvar
17:30. "İnter" - "Kəpəz" - 4:1
Qollar: Tural Axundov, 39 (0:1), Nizami Hacıyev, 45+2 (1:1), Fuad Bayramov, 53 (2:1) Abbas Hüseynov 61 (3:1), Rauf Əliyev, 79 (4:1)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov
"İnter Arena"
15:00. "Qəbələ" - "Sumqayıt" - 1:1
Qol: Məhəmməd Qurbanov, 53, Vitali Vernidub, 59 (1:1)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
29 yanvar
15:00. "Zirə" - AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Zirə İdman Kompleksinin stadionu
17:30. "Qarabağ" - "Neftçi"
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
"Azərsun Arena"
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qəbələ | 15 | 9 | 5 | 1 | 31-8 | 32 |
| 2 | Qarabağ | 14 | 10 | 2 | 2 | 26-6 | 32 |
| 3 | İnter | 15 | 7 | 7 | 1 | 25-13 | 28 |
| 4 | Sumqayıt | 15 | 4 | 6 | 5 | 14-19 | 18 |
| 5 | Kəpəz | 15 | 3 | 6 | 6 | 11-17 | 15 |
| 6 | Zirə | 14 | 4 | 3 | 7 | 11-15 | 15 |
| 7 | Neftçi | 14 | 3 | 0 | 11 | 9-30 | 9 |
| 8 | AZAL | 14 | 1 | 5 | 8 | 6-25 | 8 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB