Albaniya yığması millimizə rəqib oldu

Albaniya yığması millimizə rəqib oldu

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan millisinin çıxış edəcəyi 2-ci qrupda mübarizə aparacaq dördüncü komanda müəyyənləşib. SİA-nın məlumatına görə, ilkin seçmə mərhələnin D qrupunda 1-ci yeri tutmuş Albaniya yığması 2017-ci il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək əsas seçmə mərhələdə çıxış etmək hüququ qazanıb.

Xatırladaq ki, millimizin digər rəqibləri Macarıstan və Bosniya və Herseqovina yığmalarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə