"Zəfər" beynəlxalq idman mükafatının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə idman ictimaiyyətinin nümayəndələri, nazirlər, millət vəkilləri, jurnalistlər, olimpiya, dünya və Avropa çempionları iştirak ediblər. Mərasimdə Azərbaycan Cüdo Federasiyasının ötən ilki fəaliyyəti yüksək qiymətləndirilib və "İlin Federasiyası" mükafatına layiq görülüb. Olimpiya çempionu Namiq Abdullayev "Zəfər" Beynəlxalq İdman Mükafatını Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədliyə təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB