Reynaldonun "Adanaspor"a keçidi rəsmiləşib

Reynaldonun "Adanaspor"a keçidi rəsmiləşib

"Qarabağ"ın futbolçusu Reynaldo dos Santos Silvanın Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" klubuna keçidi rəsmiləşib. SİA-nın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, ara transfer zamanı heyətini gücləndirməyə davam edən "Adanaspor"' bununla üçüncü keçidini reallaşdırıb: "Azərbaycan Premyer Liqasında mübarizə aparan Ağdamın "Qarabağ" komandasında forma geyinən braziliyalı hücumçu Reynaldo dos Santos Silva ilə 2.5 illik müqavilə imzaladıq. 28 yaşında olan Reynaldo bundan əvvəl Belçikanın "Anderlext", "Westerlo", "Cercle Brugge" komandalarında oynayıb. O, "Qarabağ"da 4 mövsüm forma geyinib. Futbolçu bu mövsümdə "Qarabağ"da keçirdiyi oyunlarda 6 dəfə qapılara yol tapıb".

Reynaldo dos Santos Silva imza mərasimindən sonra bildirib ki, burada daha yaxşı işlər görməyə çalışacaq: "Adanaspor"da olmaqdan məmnunam. Bura köklü bir klubdur. Burada olduğum üçün çok xoşbəxdəm. Uzun illər Azərbaycanda yaşadım. Türkiyədə yad deyiləm, ikisi də qardaş ölkədir. Burada uğurlu olacağıma əminəm. Klubun rəhbəri Bayram Akgülə və transferimdə əməyi olan hər kəsə çox təşəkkür edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə