Formula 1 komandası "Manor" 2017-ci il mövsümünün əvvəlində fəaliyyətini tamamilə dayandıracaq. SİA-nın məlumatına görə, komanda bu vəziyyətə çoxlu borclarının yaranması səbəbindən düşüb. "Manor"un fəaliyyətini davam etdirməsi üçün yeni investor tapması lazımdır. "FRP Advisory" şirkəti fevral testlərindən əvvəl belə bir yatırımcı axtarışında olsa da, nəticə ürəkaçan olmayıb. Şirkət "Manor"da əsas pay sahibi olan "Just Racing Services"in bağlanacağını bildirib.
Qeyd edək ki, komandaya aid digər şirkətlərə borc səbəbindən girov qoyulsa da, "Manor"un haqqlarına sahib "Manor Grand Prix Ltd" belə halla üzləşməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB