Bu gün Topaz Premyer Liqasında 42 günlük fasilə başa çatır. SİA-nın məlumatına görə, ilk oyun günündə 2 matç keçiriləcək. III dövrəyə Qəbələdə start veriləcək. Çempionluğa 2 namizəddən biri olan Roman Qriqorçukun komandası öz meydanında "Sumqayıt"ı sınağa çəkəcək. Günün ikinci matçı isə "İnter Arena"da oynanılacaq. Beynəlxalq Bankın sponsorluğundan məhrum olan "İnter" "Kəpəz"lə üz-üzə gələcək.
Topaz Premyer Liqası
XIX tur
28 yanvar
15:00. "Qəbələ" - "Sumqayıt"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu
17:30. "İnter" - "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Ziya Nəsirov
"İnter Arena"
29 yanvar
15:00. "Zirə" - AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Mübariz Haşımov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov
Zirə İdman Kompleksinin stadionu
17:30. "Qarabağ" - "Neftçi"
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Mehman Mahmudov, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
"Azərsun Arena"
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 14 | 10 | 2 | 2 | 26-6 | 32 |
| 2 | Qəbələ | 14 | 9 | 4 | 1 | 30-7 | 31 |
| 3 | İnter | 14 | 6 | 7 | 1 | 21-12 | 25 |
| 4 | Sumqayıt | 14 | 4 | 5 | 5 | 13-18 | 17 |
| 5 | Kəpəz | 14 | 3 | 6 | 5 | 10-13 | 15 |
| 6 | Zirə | 14 | 4 | 3 | 7 | 11-15 | 15 |
| 7 | Neftçi | 14 | 3 | 0 | 11 | 9-30 | 9 |
| 8 | AZAL | 14 | 1 | 5 | 8 | 6-25 | 8 |
Bombardirlər: Baqali Dabo ("Qəbələ") - 7 qol, Filip Ozobiç ("Qəbələ") - 7 qol
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB