Arda Turan: “Barselona” Çempionlar Liqasını qazansa, saqqalımı qırxacam"

Arda Turan: “Barselona” Çempionlar Liqasını qazansa, saqqalımı qırxacam"

"Barselona"nın yarımmüdafiəçisi Arda Turan saqqalı ilə bağlı maraqlı vəd verib. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı məlumata görə, türkiyəli futbolçu bildirib ki, "Barselona" Çempionlar Liqasının qalibi olsa, o, saqqalını qırxacaq.

Hər şey Ardanın tvitterdəki paylaşımı ilə başlayıb. Belə ki, təcrübəli yarımmüdafiəçi 1 mövsüm ərzində 13 qol vurmasının karyerasında rekord olmasını yazıb. "Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen isə həmin tvitdə komanda yoldaşına "Mövsüm ərzində 20 qol vursan, saqqalıvı qırxarsan" sualını ünvanlayıb.

Arda cavabında bildirib ki, bunu komandası ÇL-i qazancağı təqdirdə edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə