Dieqo Armando Maradona vaxtı ilə narkotik maddələrin aludəçisi olmasından danışıb. Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, dünya futbolunun canlı əfsanəsi narkotiki həyatının ən böyük səhvi adlandırıb:
"Narkotikdən ilk dəfə "Barselona"da oynayanda, 24 yaşımda istifadə etmişəm. Bu, həyatımdakı ən böyük səhvim idi. Narkotik çox ciddi problemdir, insanı öldürür. Bu bəladan qurtulduğum üçün özümü xoşbəxt hesab edirəm. Narkotikdən istidadəyə davam etsəydim, yəqin ki indi həyatda olmazdım. Artıq 13 ildir ki, bu bəladan qurtulmuşam".
Xatırladaq ki, argentinalı əfsanə 1982-1984-cü illərdə "Barselona"da çıxış edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB