İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Arsenal"ın baş məşqçisi Arsen Vengeri 4 oyunluq cəzalandırıb. Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, buna onun İngiltərə Premyer Liqasının 22-ci turunda "Bernli" ilə oyunun 90+3-cü dəqiqəsində qapılarına penalti təyin edilməsinə sərt şəkildə etirazı və dördüncü hakimi itələməsi səbəb olub. A.Venger, həmçinin 25 min funt sterlinq məbləğində cərimələnib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB