"Sumqayıt"dan daha bir transfer

"Sumqayıt" növbəti transferini gerçəkləşdirib. Klubun rəsmi saytında yerləşdirilən xəbərə görə, komanda 23 yaşlı yarımmüdafiəçi Fərhad Qıstarovu heyətinə qatıb. Onunla 1.5 illik müqavilə imzalanıb. F.Qıstarov "Sumqayıt"da 20 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Qıstarov "Dinamo" (Stavropol), SKA (Rostov) kimi klublarının şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə