Elis Manolova Rusiyada bürünc medal uğrunda mübarizə aparacaq

Elis Manolova Rusiyada bürünc medal uğrunda mübarizə aparacaq

Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin Qran Prisi keçirilir. SİA-nın məlumatına görə, sayca 28-ci dəfə keçirilən beynəlxalq turnirin qadın güləşi yarışlarında ölkəmizi Elis Manolova (69 kq) təmsil edir.

İlk görüşündə ABŞ təmsilçisi Tamira Mensaha uduzan güləşçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Monoqlustan idmançısı Tsetsegbayar Byambadorju məğlub edən idmançımız bürünc medal uğrunda mübarizə aparacaq. Həlledici görüşdə Elis Manolova Rusiya təmsilçisi Xanım Vəliyeva ilə qarşılaşacaq. İlk yarış gününün final görüşləri yerli vaxtla saat 19:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə