Almaniyanın Formula 1 üzrə Nyurburqrinq və Hokkenhaym Qran-Prilərinin təşkilatçılarının F-1-in rəhbərliyində edilən dəyişiklikdən sonra yenidən yarışa ev sahibliyi etmək üçün ümidlləri artıb. SİA-nın xarici media orqanlarına istinadən verdiyi məlumata görə, Berni Ekklstonun istefaya göndərilməsindən sonra Formula1-in direktorlar şurasının sədri və icraçı direktorunun Çeyz Keri, kommersiya direktorunun Şon Bratçes, idman direktorunun isə Ross Braun olması hər şeyin yenidən başlanmasına gətirib çıxara bilər.
Belə ki, həm Ç.Keri, həm də R.Braun Formula 1-də köhnə və ənənəvi trasların yenidən istifadə olunmasını dəstəklədiklərini açıqlayıblar. R.Braun 2017-ci ilin təqvimində hər hansı dəyişiklik olmayacağını, ancaq Almaniyanın yarış ənənələrini və Formula 1-in irsini qorumaq istədiklərini açıqlayıb.
Qeyd edək ki, 2017-ci ilin təqviminə Almaniya Qran Prisi daxil edilməyib. Sonuncu dəfə 2013-cü ildə Formula 1-ə ev sahibliyi etmiş Nyurburqrinq trekinin yeni direktoru Mirko Markfort yenidən Almaniya Qran-Prisini keçirmək istədiklərini qeyd edib.
Hokkenhaym Qran-Prisinin rəsmisi Georg Sayler Formula 1-in yeni rəhbərliyinin ənənələrə böyük əhəmiyyət verdiyini nəzər alaraq 2019-cu ildən sonrası üçün aparılacaq danışıqları dörd gözlə gözləyədiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB