“Milan”ın hücumçusu ingilis klubuna keçir

“Milan”ın hücumçusu ingilis klubuna keçir

"Milan"ın hücumçusu Mbaye Nianq karyerasını Premyer Liqada davam etdirəcək. Apasport.az saytının "Football İtalia"ya istinadən məlumatına görə, gənc futbolçu "Uotford"un təklifini qəbul edib. Onun İngiltərə təmsilçisinə yarımillik icarəyə veriləcəyi bildirilib. Bunun müqabilində "Milan"a 500 min avro ödənəcək. Mənbə qeyd edir ki, əgər "Uotford" istəsə, növbəti mövsüm 18 milyon avro qarşılığında 22 yaşlı futbolçunun haqlarına tam sahib ola bilər. Qeyd edək ki, futbolçu ilə "Cenoa"nın da maraqlandığı bildirilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə