"Qarabağ"ın futbolçusu Reynaldo Silvanın Türkiyə Super Liqasında mübarizə aparan "Adanaspor" klubuna keçidi yekunlaşmaq üzrədir. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun 28 yaşlı braziliyalı hücumçunun bu gün Super Liqa təmsilçisi ilə rəsmi müqavilə imzalamaq üçün Türkiyəyə gedəcəyini bildirib. Təcrübəli mütəxəssis danışıqların yekunlaşmaq üzrə olduğunu deyib:
"Bir neçə klub Reynaldo ilə maraqlanmışdı. Amma "Adanaspor"la razılığa gəldik. Bu gün agenti İstanbula gələcək və danışıqlar aparacaq. Əgər müsbət yekunlaşsa, Reynaldo tibbi müayinədən keçəcək və rəsmi müqavilə imzalayacaq" (newsport.az).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB