Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışında son yoxlama oyununu dünən keçirən "Qəbələ", Makedoniyanın "Şkendiya" klubunu 2:1 hesabı ilə məğlub edib. "Qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk matçdan sonra hazırlıq prosesi barədə fikirlərini gabalafc.az-a açıqlayıb: "Təlim-məşq toplanışını dəyərləndirsək, yeganə kiçik xoşagəlməzlik hazırlığa bir az gec başlamağımız idi. Ardınca isə, hər şey qaydasında getdi. Hava şəraiti baxımından da bəxtimiz gətirdi. Sakit tərzdə çalışıb, yaxşı hazırlıq keçməklə toplanışı yekunlaşdırdıq. Zədəli oyunçularımız da sıraya döndülər. Onların tam hazır olduğunu deyə bilməsəm də, artıq məşqlərə start veriblər. Bir sözlə, toplanış haqda müsbət fikir söyləmək olar. Hazırlığı yaxşı, keyfiyyətli və faydalı hesab edirəm".
Qriqorçuk toplanış çərçivəsində hər şeyin, xüsusilə də iş prosesinin yüksək səviyyədə təşkilini də vurğulayıb: "İşimizi elə qurmuşuq ki, bizə çalışmaq daha rahatdır. Belə yanaşma nəticəsində hansısa intizamsızlıq, məişət problemi, qeyri-peşəkarlıq və ya səhlənkarlıq üzündən vaxt itirib, əsəblərimizi korlamırıq. Ürəkaçan şəraitdə işləyib, bundan zövq alırıq. Bizdə hər şey rahatdır və peşəkar səviyyədədir. Bu da işin keyfiyyətini artırır və daha effektli olması ilə nəticələnir. Çünki işə mane olan və fikri yayındıran məqamlar olmur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB