"Bursaspor"un vitse-prezidenti: "Prosineçki ilə danışıqlar aparırıq"

"Bursaspor"un vitse-prezidenti: "Prosineçki ilə danışıqlar aparırıq"

"Bursaspor"un vitse-prezidenti Ali Ademoğlu millimizin baş məşqçisi Robert Prosineçki ilə maraqlandıqları barədə xəbərləri təsdiqləyib. Qol.az-ın bursasporx.com saytına istinadən verdiyi məlumata görə, o deyib ki, xorvatiyalı mütəxəssislə ilkin danışıqlar aparıblar:

"Klub nümayəndələri Azərbaycandadırlar. Qısa zaman ərzində məsələ ilə bağlı son məlumatları bildirəcəyik. Prezidentimiz Ali Ayla birgə hazırda Ankaraya qayıdırıq. Axşam saatlarında idarə heyətimiz bir araya gələrək qərarı açıqlayacaq". Qeyd edək ki, "Bursaspor"un Prosineçki ilə 2.5 illik müqavilə imzalamaqla bağlı razılığa gəldiyi iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə