"Milan" 18 milyon avroya futbolçu transfer etdi

"Milan" 18 milyon avroya futbolçu transfer etdi

"Milan" heyətinə yeni futbolçu cəlb edib. İtalyan klubunun rəsmi saytında yer alan xəbərə görə, İtaliya təmsilçisi "Everton"un yarımmüdafiəçisi Jerar Deulofeunu icarəyə götürüb. O, bu mövsümün sonuna kimi icarə əsasında "Milan"da çıxış edəcək. Qeyd edək ki, "Milan" mövsüm başa çatdıqdan sonra 18 milyon avro ödəyib J.Deulofeunu birdəfəlik ala biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə