"Qarabağ" bu gün Vətənə qayıdacaq

"Qarabağ" bu gün Vətənə qayıdacaq

Mövsümün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan "Qarabağ" təlim-məşq toplanışını başa başa vurub. SİA-nın məlumatına görə, komanda bu gün Vətənə qayıdacaq.

Qeyd edək ki, yanvarın 5-dən qardaş ölkədə hazırlıq keçən Qurban Qurbanovun komandası bu müddət ərzində 4 yoxlama oyunu keçirib. Ağdam klubu "Skenderbeu"ya (Albaniya) 1:0, "Styaua"ya (Rumıniya) 2:0, "Termalika"ya (Polşa) 3:2 hesabı ilə qalib gəlib, "Atırau"ya (Qazaxıstan) minimal hesabla məğlub olub - 0:1.

Cabir

Bütün xəbərlər Facebook səhifəmizdə