"Qəbələ" toplanışın 12-ci gününü yekunlaşdırıb

"Qəbələ" toplanışın 12-ci gününü yekunlaşdırıb

2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 12-ci gününü yekunlaşdırıb. SİA-nın məlumatına görə, Roman Qriqorçukun yetirmələri dünən günün ilk yarısında nəzərə məşğələ ilə kifayətlənib. Günün ikinci yarısında isə "qırmızı-qaralar" toplu çalışmalarla məşq edib.

Zədədən sonra bir müddət bərpa prosesi keçən Murad Musayev komanda ilə birlikdə çalışıb. Məhəmməd Mirzəbəyov və Elvin Camalov isə fərdi hazırlıqla kifayətlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə