Beynəlxalq turnirə yekun vurulub

Beynəlxalq turnirə yekun vurulub

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirə yekun vurulub. SİA-nın verdiyi məlumata görə, dünən baş tutan final oyununda Rusiya və Qazaxıstan milliləri üz-üzə gəliblər.

Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Bununla da şimal qonşularımız 2 illik aradan sonra növbəti dəfə çempion olublar. Bu, sözügedən turnirdə rusların müstəqil olduqdan sonra 9-cu zəfəridir.

Bürünc medallar Yunanıstanı 4:2 hesabı ilə məğlub edən Sankt-Peterburq komandasına qismət olub.

Qeyd edək ki, millimiz bu yarışda 9-cu pillə ilə kifayətlənməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə