Futbol üzrə İngiltərə Premyer Liqasının 22-ci turunda "Stok Siti" ilə keçirilən oyun (1:1) "Mançester Yunayted"in futbolçusu Ueyn Runi üçün əlamətdar olub. Belə ki, qarşılaşmanın 90+4-cü dəqiqəsində fərqlənən hücumçu "MY"da 250-ci qolunu vurub. O, bununla komandasını məğlubiyyətdən xilas etməklə yanaşı, həm də klub tarixinin ən yaxşı bombardiri Bobbi Çarltonu (249 qol) qabaqlayıb. Qeyd edək ki, 31 yaşlı futbolçu 2004-cü ildən "Mançester Yunayted"də çıxış edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB