"Ümumilikdə, yaxşı oyun oldu. Bəxtimizin gətirdiyi, eləcə də, şanssız olduğumuz məqamlar vardı. Azərbaycan həqiqətən güclü komandadır. Turnirin əvvəlindən bu komandanın oyununu izləyərkən, qarşılaşacağımız təqdirdə böyük çətinliklərlə üz-üzə qalacağımızı ehtimal edirdik". SİA-nın məlumatına görə, bu sözləri 19 yaşadək futbolçulardan ibarət Belarus millisinin baş məşqçisi Roman Kirenkin Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirə turnirində yığmamıza uduzduqları oyundan (əsas vaxt - 1:1, penaltilər seriyası - 4:5) sonra deyib.
"Rəqibimizin xüsusilə topla düzgün davranışını qeyd etmək istərdim. Azərbaycan yığması texniki baxımdan bizdən üstün idi. Belə komanda ilə qarşılaşmaq çox xoşdur. Səhvlərimizin üzərində işləyəcəyik. Azərbaycan yığmasını qələbə münasibətilə təbrik edirəm. Turnirin təşkilatçılarına minnətdarlığımı bildirirəm" - deyə o bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB