"Çelsi"nin futbolçusu Dieqo Kosta zədəsini sağaldıb. Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə London klubunun baş məşqçisi Antonio Konte məlumat verib: "Onun kürəyində ağrılar daha yoxdur. Kosta "Hall Siti" ilə matçda oynaya bilər". A.Konte ispan hücumçunun "Çelsi"də qalmaq istədiyini də bildirib: "Kostanın Çinə getmək fikri yoxdur".
Qeyd edək ki, "Çelsi" - "Hall Siti" görüşü yanvarın 22-i keçiriləcək. Xatırladaq ki, D.Kosta zədə səbəbindən "Lester"lə oyunu buraxıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB