Obameyanq: "Bavariya"ya keçmək mənlik deyil

Obameyanq: "Bavariya"ya keçmək mənlik deyil

Dortmund "Borussiya"sının futbolçusu Pyer-Emerik Obameyanq maraqlı açıqlama verib. Qol.az-ın "Bild"ə istinadən yaydığı xəbərə görə, adı tez-tez başqa klublarla hallanan qabonlu hücumçu "Bavariya"ya keçəcəyi haqda xəbərlərə münasibət bildirərkən heç vaxt Münhen klubunda oynamayacağını deyib:

"Mən heç vaxt "Bavariyay"ya keçməyəcəm. Şəraitdən asılı olmayaraq, onlara "yox" demişəm. Bu, "Borussiya" azarkeşləri üçün ağır olar. Bu addım mənlik deyil". Qeyd edək ki, 27 yaşlı forvard 2013-cü ildən Dortmund klubunda çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə