"Mançester Siti" 13 yaşlı futbolçu üçün 202 min avro ödədi

"Mançester Siti" 13 yaşlı futbolçu üçün 202 min avro ödədi

"Mançester Siti" klubu öz akademiyasına yeni futbolçu cəlb edib. Britaniya mətbuatının yaydığı xəbərə görə, 13 yaşlı müdafiəçi Finli Berns üçün onun klubu "Sautenda"ya 202 min avro ödənilib. Bu yaşda futbolçu üçün belə məbləğin ödənilməsi rekord göstəricidir.

Qeyd edək ki, 3-cü divizion təmsilçisində öz oyunu ilə seçilən Finli Berns üçün "Liverpul", "Çelsi" və "Arsenla" klubları da maraqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə