“Neftçi” paraqvaylı hücumçunu niyə bəyənmədi?

“Neftçi” paraqvaylı hücumçunu niyə bəyənmədi?

"Neftçi"nin baş məşqçisi Elxan Abdullayev bir müddətdir komandada baxışda olan futbolçu Ramon Kardozo haqda qərarını verib. Bakı klubunun rəsmi saytında yer alan xəbərə görə, paraqvaylı hücumçunun durumu baş məşqçisi qane etməyib və o, "Neftçi"nin düşərgəsindən göndərilib. Qeyd edək ki, Paraqvay mətbuatı 31 yaşlı hücumçu ilə müqavilə imzalandığını yazmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə