Çin klubu Arda Turanı transfer etməkdə qərarlıdır

Çin klubu Arda Turanı transfer etməkdə qərarlıdır

Çinin "Quançjau Everqrand" klubu "Barselona"nın futbolçusu Arda Turan üçün növbəti təklif göndərib. SİA-nın məlumatına görə, Çin klubu Kataloniya təmsilçisinə 50 milyon avro təklif edib. İki klub arasında razılıq əldə olunsa və Arda təklifi qəbul etsə, o yeni klubunda hazırkı maaşından üç dəfə artığını qazanacaq.

Qeyd edək ki, "Barsa"nın Ardanı satacağı iddia edilir. Klub 29 yaşlı oyunçunun satışından gələcək pulla hələ də müqavilənin müddətini yeniləmədiyi Lionel Messi ilə görüşüb ona imza atdırmağa çalışacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə