U-21 Səudiyyə Ərəbistan yığmasına məğlub olub

U-21 Səudiyyə Ərəbistan yığmasına məğlub olub

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, Səudiyyə Ərəbistanının U-20 komandası ilə qarşılaşan yığmamız 0:1 hesabı ilə məğlub olub.

Millimiz bundan əvvəlki yoxlama görüşlərində Almaniyanın "Rot Vays Erfurt" (0:0) və Qazaxıstanın "Okjeptes" (2:2) klubu ilə heç-heçə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə