“Qəbələ” idmançıları 7 qızıl medal qazanıblar

“Qəbələ” idmançıları 7 qızıl medal qazanıblar

Taekvondo üzrə gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Kubun rəsmi saytında yer alan xəbərə görə, "Sərhədçi" Olimpiya İdman Mərkəzində keçirilən yarışda "Qəbələ" İdman klubunun taekvondoçuları da çıxış edib.

Üç gün davam edən yarışda "Qəbələ" idmançıları 7 qızıl medal qazanıb. Nərgiz Hacıyeva (46 kq) və Diana Hacıəliyeva (55 kq) qızların yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Oğlanların mübarizəsində isə "Qəbələ" təmsilçiləri 5 çəki dərəcəsində hamıdan güclü olub. Əbülfət Zülfüqarov 55 kq, Qasım Aslanov 59 kq, Cavad Ağayev 63 kq, Niyaz Zülfüqarlı 68 kq, Orxan Tağızadə +78 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələniblər.

Taekvondoçularının nəticələrinə əsasən "Qəbələ" komanda hesabında 1-ci yeri tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə