“Neftçi” Antalyada son yoxlama oyununu keçirib

“Neftçi” Antalyada son yoxlama oyununu keçirib

"Neftçi" Antalya toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, "ağ-qaralar"ın rəqibi Rumıniyanın "Konkordia" klubu olub. "Bellis Hotel Deluxe" otelinin meydançasında keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürüb.

Ötən mövsüm Rumıniya çempionatını 11-ci pillədə başa çatdıran kyajnalılar cari mövsümdə 21 turdan sonra 12-ci pillədə qərarlaşıblar. Görüş 1:1 hesablı qələbə ilə yekunlaşıb. "Ağ-qaralar" hesabda geri düşsə də, ikinci hissədə Cavid İmamverdiyevin qolu ilə məğlubiyyətdən qaça biliblər.

Qeyd edək ki, "Neftçi" Antalyada keçirdiyi əvvəlki yoxlama oyunlarında Türkiyənin "Sivasspor" (0:0) və Rusiyanın "Tosno" klubu (2:2) ilə heç-heçə edib, Özbəkistan təmsilçisi "Nasaf" (0:1) və Albaniyanın "Kukesi" klubuna (2:4) isə məğlub olub.

Yoxlama oyunu

19 yanvar

"Neftçi" – "Konkordia" - 1:1

Qollar: Cavid İmamverdiyev, 67

"Neftçi": 33. Boban Baykoviç, 22. Mahir Şükürov (k), 15. Ruslan Abışov, 25. Kirill Petrov, 29. Georgi Navalovski, 8. Zdenek Folprext, 13. Murad Ağayev, 10. Cavid İmamverdiyev, 19. Fəhmin Muradbəyli, 17. Rəhman Hacıyev, 14. Ramon Kardozo

Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 3. Jairo Rodriges, 9. Namiq Ələsgərov, 11. İqnasio Errera, 23. Tərzin Cahangirov, 27. Məqsəd İsayev

Bütün xəbərlər Facebook səhifəmizdə