"Barselona"nın unudulmaz futbolçusu Rivaldo sevimli komandasına maraqlı təklif verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı həmyerlisi Filipp Koutinyonun Kataloniya klubunda oynamasını arzulayır. Rivaldonun fikrincə, "Liverpul"un yarımmüdafiəçisi İspaniya klubu üçün ideal seçim olar: "Koutinyo əla futbolçudu və Neymarı çox yaxşı tanıyır. İkisi əla dostdu. O, "Barselona"ya keçə bilər, çünki bu komanda hər zaman ən yaxşısını istəyir. "Barsa" indi də möhtəşəm komandadı. Amma bu cür futbolçularla daha böyük klub olar".
Qeyd edək ki, Rivaldodan əvvəl digər sabiq "Barselona"lı Ronaldinyo da Koutinyoya bu komandaya keçməyi məsləhət görmüşdü.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB