“Sumqayıt” yenə uduzdu

Antalyada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" bu gün qonşu ölkədə sonuncu yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Samir Abasovun komandası "Atırau" ilə qarşılaşıb. Qazaxıstan təmsilçisi ilə görüş "The Sense Luks" otelinin stadionunda keçirilib və Bakı vaxtı ilə saat 17:00-da start götürüb. "Neftçilər" ləqəbini daşıyan "Atırau"nun əsası 1980-ci ildə qoyulub. "Qəbələ"nin rəqibi 2009-cu ildə Qazaxıstan kubokunu qazanıb. "Atırau" Qazaxıstan çempionatının son mövsümünü 7-ci pillədə bitirib. Görüş qazaxların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Kimyaçılar"ın heyətində Məhəmməd Qurbanov fərqlənib. Qeyd edək ki, "Sumqayıt" Türkiyədə keçirdiyi əvvəlki yoxlama görüşlərində Albaniyanın "Şkenderbeu" (1:3) və Özbəkistanın "Nasaf" klubuna (0:1) məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə