AZAL futbol klubu sabah iki legioner futbolçu ilə rəsmi müqavilə bağlayacaq. Onlar rusiyalı Arkadi Kaliferin və liberiyalı Omeqa Alamandi Robertsdir. Bu haqda SİA-ya AZAL klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov məlumat verib.
Məlumata görə, klub hər iki futbolçu ilə sonradan daha 1 il artırıla bilməsi şərtilə 6 aylıq müqavilə bağlayacaq.
Yanvarın 5-dən təlim-məşq toplanışına başlayan "təyyarəçilər" Premyer Liqanın fasilə müddətindəki hazırlığı ayın 22-də başa vuracaqlar. Yanvarın 21-də isə baş məşqçi Tərlan Əhmədov komandasını "AZAL Arena"da "Zaqatala" ilə yoldaşlıq görüşündə sınaqdan keçirəcək.
Daha sonra heyət Premyer Liqanın XV turunun "Zirə" ilə qarşılaşmasına hazırlaşacaq.
Qeyd edək ki, AZAL "Zirə" ilə yanvarın 28-də üz-üzə gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB