Elnur Amanov: "Hədəfimiz IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticələr qazanmaqdır" AÇIQLAMA

Elnur Amanov: "Hədəfimiz IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticələr qazanmaqdır" AÇIQLAMA

"Azərbaycan Taekvondo Federasiyasının İdarə Heyətinin qərarı ilə qadınlardan ibarət yığma komandanın baş məşqçisi təyin olundum. Komanda ilə məşqlərə fevral ayından başlayacağıq. Mənə göstərilən etimadı doğrultmağa çalışacağam". Bunu SİA-ya açıqlamasında taekvondo üzrə qadınlardan ibarət yığma komandanın baş məşqçi Elnur Amanov deyib.

O qeyd edib ki,milli komandanın heyəti ölkə çempionatından sonra müəyyənləşəcək: "Yığma komandanın heyətini Azərbaycan çempionatının nəticələrinə əsasən formalaşdıracağıq. Daha sonra isə məşqlərə statr verəcəyik. Milli komandamız bu il bir çox mötəbər yarışlarda mübarizə aparacaq. Birinci hədəfimiz Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında yüksək nəticələr qazanmaqdır. "Bakı-2017"dən sonra isə növbəti yarışlara hazırlaşacağıq. Hazırlıq planı komandanı tam formalaşdırandan sonra açıqlnacaq".

Qeyd edək ki, E.Amanov bunadək kişilərdən ibarət yığma komandanın böyük məşqçisi vəsifəsində çalışırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə