AZAL 2 legionerlə müqavilə bağlamağa hazırlaşır

AZAL 2 legionerlə müqavilə bağlamağa hazırlaşır

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov baxışda olan rusiyalı Arkadi Kaliferin və liberiyalı Omeqa Alamandi Robertslə bağlı yekun qərar verib. SİA-nın məlumatına görə, hər iki futbolçunun hazırlıq səviyyəsini mütəxəssisi razı salıb. Klubun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifovun verdiyi məlumata görə, artıq rusiyalı futbolçu ilə danışıqlar müsbət nəticələnib. Onunla yaxın günlərdə 6 aylıq müqavilə imzalanacaq.

Omeqa Alamandi Robertslə isə danışıqlar davam edir. Əgər AZAL-ın təklifi futbolçunu razı salsa, onunla da münasibətlər rəsmiləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə