Böyük məşqçi: “Tam heyət Azərbaycan çempionatının nəticələrinə əsasən müəyyənləşəcək” AÇIQLAMA
"Sərbəst güləş üzrə yeniyetmələrdən ibarət milli komandanın tam heyəti mart ayında keçiriləcək Azərbaycan çempionatının nəticələrinə əsasən müəyyənləşəcək. Heyət tam müəyyənləşdən sonra Avropa və dünya çempionatlarına hazırlığa start verəcəyik". Bunu SİA-ya açıqlamasında sərbəst güləş üzrə yeniyetmələrdən ibarət milli komandanın böyük məşqçisi Əsgərxan Novruzov deyib.
O, hazırda yığma komandanın nəticələrindən razı olduğunu qeyd edib: "Bu il də ənənəvi olaraq 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 20-ci beynəlxalq turnir keçirildi. Yarışda Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan və Dağıstan yığmaları da mübarizə apardılar. Turnirdə 160-a yaxın güləşçimizi sınaqdan keçirdik. Yarış seçim xarakterli olmasa da, idmançılarımızı yoxlamaq üçün yaxşı şans oldu. Güləşçilərimizin nəticələrini qənaətbəxş hesab edirəm".
Böyük məşqçi millimizin bu il qatılacağı beynəlxalq yarışlar haqqında da danışıb: "Qarşıda milli komandamızı yeniyetmələrin Avropa və dünya birinciliyi gözləyir. Əsas məqsədimiz isə 2018-ci ildə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına yüksək səviyyədə hazırlaşıb, uğurlu nəticələr qazanmaqdır. Mart ayında baş tutacaq Azərbaycan çempionatından sonra komandanın heyətini tam şəkildə formalaşdırıb, Avropa birinciliyinin hazırlığına başlayacağıq. Hazırda məşqlərimizi Olimpiya Güləş Mərkəzində davam etdiririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB