Portuqaliya Futbol Federasiyasının İntizam Komitəsi Azərbaycan milli komandasının və "Boavişta"nın qapıçısı Kamran Ağayevi cəzalandırıb. SİA-nın məlumatına görə, buna səbəb millimizin qapıçısının ölkə çempionatının 17-ci turunda "Benfika" ilə oyundan sonra insident zamanı birbaşa qırmızı vərəqə alması və mübahisədə iştirak etməsi olub. Ona görə K.Ağayev 3 oyunluq cəzalandırılıb.
Qeyd edək ki, K.Ağayev oyun başa çatdıqdan sonra "Benfika"nın ehtiyatda olan futbolçuları ilə dalaşıb. Millimizin digər üzvü Emin Mahmudov və komanda yoldaşları Kamranı çətinliklə sakitləşdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB