2016-2017-ci il mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" təlim-məşq toplanışının 7-ci gününü yekunlaşdırıb. SİA-nın məlumatına görə, "Qırmızı-qaralar" dünəniki hazırlıq keçib.
Roman Qriqorçukun yetirmələri günün ilk yarısında nəzəri məşğələ ilə kifayətləniblər. Günün ikinci hissəsində baş tutan məşq prosesində isə "qırmızı-qaralar" toplu çalışmalarla hazırlıq keçib.
Xatırladaq ki, bu gün "Qəbələ" Antalyada ikinci yoxlama oyununa çıxacaq. Təmsilçimiz Rumıniyanın "Qaz Metan" klubu ilə üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB