Ufuk Budakın komandası növbəti xalını qazandı

Ufuk Budakın komandası növbəti xalını qazandı

Futbol üzrə Türkiyə kubokunda qrup mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın müdafiəçisi Ufuk Budakın şərəfini qoruduğu "Kayserispor" növbəti matçına çıxıb. "Sarı-qırmızılar" səfərdə "Boluspor"la üz-üzə gəliblər. Görüş qolsuz bərabərliklə başa çatıb. Ufuk start heyətində başladığı oyunu əvəzedilmədən keçirib. Qeyd edək ki, 5 oyundan sonra hesabında 7 xal olan "Kayserispor" qrupda ikinci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə